Bu gün qadın voleybolçuların Yüksək Liqasında təxirə salınmış oyun keçirilib.

 

Bu gün qadın voleybolçuların Yüksək Liqasında təxirə salınmış oyun keçirilib. VIII turun “Gənclər” və “Abşeron” komandaları arasında keçirilən qarşılaşma AVF-nin idman zalında təşkil olunub. Görüşdə üstün oyun nümayiş etdirən “Abşeron” komandası rəqibini üç setdə məğlub edib.

🏐 Yüksək Liqa (qadınlar)
✅ VIII tur (təxirə salınan oyun)
“Gənclər” - “Abşeron” 0:3 (17:25, 16:25, 13:25)


Baxılıb: 44 Tarix: 18-01-2026, 23:29