Finala doğru həlledici oyun...
Bu gün qadın və kişi voleybolçular arasında Azərbaycan çempionatlarında pley-off mərhələsində növbəti oyunlar keçirilir.
GİN-nin Voleybol Mərkəzində təşkil olunan yarımfinal çərçivəsində “Murov Az Terminal” və "Abşeron" klubları arasında ikinci qarşılaşma baş tutacaq.
Gərginliyi ilə yadda qalan birinci görüşdə “Abşeron” 3:1 hesabı ilə qələbə qazanmışdı. İkinci qarşılaşmads qazanacağı iki xal komandamızın finala çıxmasına vəsiqə hesab olunacaq. Odur ki, bu mühüm qatşılaşmada komandamıza uğurlar arzulayırıq.
Baxılıb: 66
Tarix: 18-04-2024, 09:12