Katerina Jidkova “Abşeron”da...
“Abşeron” VK-ya yeni sezona cəlbedici yeniliklərlə başlayır. Belə ki, təcrübəli oyunçularının Katerina Jidkova yeni sezonda meydançaya “Abşeron” formasında çıxacaq. Qeyd edək ki, o, ilk dəfə 11 yaşında Ukraynanın Çerkassı şəhərində voleybolla məşğul olmağa başlayıb. 2009-cu ildə artıq ölkə kubokunun çempionu və qalibi "Ximvolokno" həmçinin "Krug Cherkassy" komandalarında oynayıb. 21 yaşında Azərbaycana gəlib. “Azərreyl” və “Azəryol” komandalarında Azərbaycan çempionatının qızıl, gümüş və bürünc mükafatçılarındandır. O, Rumıniya çempionu və Rumıniya kubokunun qalibidir. Daha sonra üvzü olduğu komanda yerli yarışmalarda, Macarıstan çempionatının və Macarıstan kubokunun gümüş mükafatçısı olub. Daha sonra K. Jidkova Jakarta Electric PLN komandasında idman karyerasını davam etdirib. İndoneziya çempionatının gümüş mükafatçısı olub.O həmçinin İtaliya,, Fransa, Türkiyədə müxtəlif klublarda forma geyinib. CEV Kubokunun gümüş mükafatçısıdır. 2013-cü ildə Azərbaycan millisinin formasını geyinib. Katya Jidkova, Azərbaycan milli komandasında 2016-cı ildə Avropa Liqasının, 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarının qaliblərindəndir. 2015-ci ildə Avropa Oyunlarında komandası ilə birincilik qazanıb. Həmçinin Azərbaycan milli komandasının heyətində 2014-cü ildə ölkəni Dünya Çempionatında təmsil edib.