Azərbaycan klubu Sloveniyada beynəlxalq turnirdə iştirak edəcək
Ötən mövsüm Azərbaycan Yüksək Liqasında gümüş medalları qazanmış "Abşeron" qadın voleybol klubu Sloveniyanın Maribor şəhərində keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək.
Abşeron klubu "Maribor Cup" turnirində mübarizə aparacaq.
Famil Ağayevin yetirmələri sabah yerli "OTP Banka Branik"lə, sentyabrın 24-də isə Bosniya və Herseqovinanın "Jelezniçar komandası ilə qarşılaşacaq. Sentyabrın 20-dən Sloveniyada olan komandanın ayın 28 və 29-da da Macarıstan klubu ilə 2 yoxlama oyunu keçirməsi planlaşdırılıb. "Abşeron" oktyabrın 1-də Vətənə qayıdacaq.
Yeri gəlmişkən, komanda son olaraq türkiyəli voleybolçu Əcəm Alıcı Aknamı transfer edib. "Qalatasaray", "Çanaqqala Bələdiyyəsi", "Aydın Böyükşəhər Bələdiyyəsi", "Sarıyer" kimi klublarda çıxış etmiş 30 yaşlı oyunçunun son komandası "Beşiktaş" olub.
Qeyd edək ki, "Abşeron" daha əvvəl Anastasiya Mertsalova, Katerina Jidkova, Nikolina Başnakova, Şerilin Başorun (Fransa/Kamerun), Mariya Çiçiç (Macarıstan), Natalya Solovyova (Rusiya), Yelizaveta Tyamuşeva, Yelizaveta Burkova (Rusiya), Valeriya Burkova (Rusiya), Mariya Kirilyuk və Xoselin Landerosu (Meksika) transfer edib.