Abşeron yarımfinalda.
Bu gün Qadınlar arasında dövrə oyunları başa çatıb.İlk dördlükdə qərarlaşan komandalar "Abşeron"vk, "Milli Aviasiya Akademiyası"nın komandası, "Azerrail " vk və "Gəncə " vk olub.
Beşinci yerdə olan "Murov Az Terminal " və sonda qərarlaşan "Unec "vk isə birincilik uğrunda mübarizəni dayandırmağa məcbur olublar.
Birinci yerdə qərarlaşan komandamızın ilk qarşılaşması "Gəncə"vk ilə olacaq.Komandalar iki qələbəyədək üz-üzə gələcəklər. İki oyundan sonra tərəflər hərəyə bir qələbə qazanarlarsa,xallar da bərabər olarsa qalib qızıl setdə müəyyən ediləcək.
Oyunlar 15-17 aprel tarixlərində baş tutacaq.
Necə deyərlər oyuncu aparsın.Fiinala doğru daha da inamla "Abşeron "!
Baxılıb: 62
Tarix: 13-04-2025, 00:27