Famil Ağayev
Famil Ağayev, 02.10.1986-cı il doğumludur.
2000-2009-cu illərdə Azərbaycan kişilərdən ibarət milli komandasının üzvü kimi idman karyerasına başlayıb.
2009-2017-ci illərdə “Azərreyl” voleybol klubunda baş məşqçi köməkçisi olub.
2017 – 2021-ci illərdə “Azərreyl” voleybol klubunun baş məşqçisi olub.
2009 – 2021 həmçinin Azərbaycanın qadınlardan ibarət yığma VK-da köməkçi məşqçi olub.
2020-2011-ci illərdə “Azerrail” VK ilə “Challenge Cup”un qızıl medal medalını qazanıb.
Komandanın baş məşqçisi olaraq Azərbaycan liqasının 2015-2016, 2017-2018, 2018-2019-cu illərdə “Qızıl medal”ını qazanıb.
2010-2011, 2016-2017-ci illərdə baş məşqçisi olduğu komanda, turnirin, “Gümüş”, 2012-2013, 2014-2015-ci illərdə “Bürünc” medalçısı olub,
Milli komanda ilə nailiyyətlər:
Avropa çempionatında komandası ilə:
2009 –cu ildə, on ikinci yer;
2011 –ci ildə, doqquzuncu yer;
2013 –cü ildə, on beşinci yer;
2015 –ci ildə, on dördüncü yer;
2017 –ci ildə, dördüncü yer;
2019 –cu ildə, onuncu yer tutub.
Dünya çempionatında komandası ilə:
2014 – cü ildə, on beşinci yer;
2018-ci ildə, on beşinci yeri qazanıb.
Avro Liqa-da komandası ilə:
2014 – cü ildə, dördüncü yer;
2016 – cı ildə birincilik əldə edib.
“Qızıl Liqa”da:
2018 – ci ildə, beşinci yer;
2019 – cu ildə, onuncu yer;
2021 – ci ildə, on birinci yeri əldə edib.