Yeni mövsümdə altı kişi, altı qadın komandası mübarizə aparacaq...


Yeni mövsümdə Azərbaycan çempionatlarında 6 qadın, 6 kişi komandası iştirak edəcək.

Reqlamentə əsasən hər iki çempionat 4 dövrədən ibarət olacaq və oyunlar dairəvi sistem üzrə keçiriləcək. Dörd dövrədən sonra ilk  4 pilləni tutacaq komandalar play-off mərhələsinə yüksələcəklər. Play-off mərhələsində 2 oyun (əgər tərəflər hərəsi bir oyunda qalib gələrsə, setlər də bərabər olarsa, qızıl set oynanılacaq), final və üçüncü yer uğrunda isə 1 oyun keçiriləcək.

Qadınlar: Abşeron VK, AZERRAIL VK, Gəncə VK, Milli Aviasiya Akademiyası VK, Murov Az Terminal VK, UNEC VK

Kişilər: AZERRAIL VK, Xarı Bülbül Laçın VK, Xarı Bülbül Şuşa VK, MOİK VK, Murov Az Terminal VK, Neftçi VK.

Qeyd edək ki, oyunların keçirilmə vaxtları ilə bağlı məlumat veriləcək. 
Bu gün baş tutan püşkatmadan sonra ilk dövrənin oyun cədvəli:



 




Baxılıb: 54 Tarix: 23-10-2023, 22:16