Avropa Voleybol Konfederasiyasının prezidenti Bakıya gəlir....

 

Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti Aleksandr Boriçiç, vitse-prezidenti Renato Arena, Türkiyə Voleybol Federasiyasının prezidenti Akif Üstündağ, Bolqarıstan Voleybol Federasiyasının prezidenti Lyubomir Qanev Bakıya səfər edəcəklər.

Azərbaycan Voleybol Federasiyasından "Report"a verilən məlumata görə, funksionerlər noyabrın 5-də paytaxta gələcəklər.

Qonaqlar noyabrın 6-da baş tutacaq Azərbaycan çempionatının açılış mərasiminə qatılacaqlar və Yüksək Liqanın ilk qarşılaşmasını izləyəcəklər.

Səfər zamanı bir neçə vacib görüşün keçirilməsi də nəzərdə tutulub.


 


Baxılıb: 85 Tarix: 4-11-2023, 15:35