BÖYÜK UĞURUN "AYAQ SƏSLƏRİ"... 

  

Qadın voleybolçulardan ibarət “Abşeron” klubu Azərbaycan çempionatının yarımfinalında mübarizəyə başlayır. Bu mərhələdəki rəqibimiz “Murov Az Terminal” komandasıdır. 


İlk oyunumuz aprelin 16-da baş tutacaq. GİN-nin Voleybol Mərkəzində təşkil olunacaq qarşılaşma saat 18:00-da başlayacaq və CBC Sport kanalı vasitəsilə canlı yayımlanacaq. 
Oyunlarımızı canlı izləmək və komandamıza dəstək olmaq üçün hər birinizi Voleybol Mərkəzinə dəvət edirik. Giriş sərbəstdir.
Qeyd edək ki, yarımfinal mərhələsi iki qələbəyədək davam edəcək. İki oyundan sonra tərəflər hərəyə bir qələbə qazanarlarsa (setlər də bərabər olarsa), finala vəsiqənin sahibi Qızıl setdə müəyyənləşəcək.

Yarımfinal oyunları 
(1-ci oyun)
16 aprel
18:00. “Abşeron” - “Murov Az Terminal”
(2-ci oyun) 
18 aprel 
18:00. “Murov Az Terminal” - “Abşeron”


Baxılıb: 78 Tarix: 15-04-2024, 22:10